Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.
Supersport.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev 1/32 finalda İrji Petrlə (Çexiya) üz-üzə gəlib və qələbə qazanıb. O, 1/16 finalda Remi Fülleni (Mavritiya) məğlub edib. İdmançımızın 1/8 finaldakı Mikail Özerlerə (Türkiyə) qalib gəlib. Mehdiyev 1/4 finalda Nemanya Majdovla (Serbiya) qarşılaşıb və uduzub. Cüdoçumuz “bürünc” şansını davam etdirib. O, təsəlliverici görüşdə Aksel Klerqe (Fransa) ilə qarşılaşacaq.
Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıb. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.