Qurban Qurbanov: "Cavab matçında böyük şansımız var"

Qurban Qurbanov: "Cavab matçında böyük şansımız var"
Futbol
23 Avqust 2019 - 02:40
"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu".

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin "Linfild"də səfər oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında belə deyib.

Mütəxəssis, 2:3 hesabı ilə uduzmalarına baxmayaraq, mərhələni keçmək şanslarının çox olduğunu bildirib:

"Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".

Digər xəbərlər