"Neftçi"nin baş məşqçisi Roberto Bordin: "İstefa" qışqıranlar öyrədilmiş insanlardır" - Video

"Neftçi"nin baş məşqçisi Roberto Bordin: "İstefa" qışqıranlar öyrədilmiş insanlardır" - Video
Futbol, Eksklüziv, Video
20 Avqust 2019 - 13:09
Supersport.Az Premyer Liqanın 1-ci turunda "Sabah"la oyunda xal itirən "Neftçi"nin baş məşqçisi Roberto Bordinin azarkeşlərin istefa tələbinə münasibətini videogörüntüyə alıb. 


İtaliyalı mütəxəssis, əməkdaşımızın bununa bağlı sualına cavabında bu fanatların öyrədildiyini  bildirib:

"Bəzi azarkeşlərin istefa tələbləri oyunun sonunda və pis nəticə halında olsaydı, bunu başa düşərdimAmma onlar "istefa" qışqıranda hesab açılmamışdı. Onlar əsl "Neftçi” azarkeşləri deyildilər. Əsl "Neftçi” azarkeşləri ilk dəqiqədən sonadək bizi dəstəkləyənlər idilər. Məncə, kənardan "istefa" qışqıranlar öyrədilmiş insanlar idi".

 

Digər xəbərlər