Mario Balotelli yeni klub tapdı

Mario Balotelli yeni klub tapdı
Futbol
18 Avqust 2019 - 12:24
"Breşia" Mario Balotellini transfer edib.

Supersport.Az xəbər verir ki, bu haqda İtaliya klubunun saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu bonuslarla birlikdə 1,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Balotelli karyerası ərzində İtaliyada "İnter", "Milan", İngiltərədə isə "Liverpul" və "Mançester Siti" kimi klubların formasını geyinib. Son olaraq Fransa "Marsel"ində çıxış edən forvard bu ölkədə "Nitsa"nın da şərəfini qoruyub. Mario müxtəlif vaxtlarda İtaliya millisinin formasını geyinib.

Digər xəbərlər