"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
Futbol
13 Avqust 2019 - 22:25
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi başa çatıb.

Supersport.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" "Apoel"lə qarşılaşıb. Azərbaycan klubu ilk oyunda 2:1 hesablı qələbəyə sevinsə də, cavab matçında 0:2 uduzaraq Çempionlar Liqasından kənarda qalıb.

"Qarabağ" mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.

13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) – "Apoel" (Kipr) 0-2


Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 2:1.

Digər xəbərlər