"Qarabağ"ın əsas silahı Maqaye Qeye: "Rəqibin "Ayaks" və ya PAOK olmasının önəmi yoxdur" - Video

"Qarabağ"ın əsas silahı Maqaye Qeye: "Rəqibin "Ayaks" və ya PAOK olmasının önəmi yoxdur" - Video
Futbol, Eksklüziv, Video
08 Avqust 2019 - 01:47
Supersport.Az-a eksklüziv açıqlamasında "Qarabağ"ın yeni transferi Maqaye Geye Çempionlar Liqasında "Apoel" üzərində qələbəni şərh edib.


"Çətin, gərgin oyun oldu. Ən əsası odur ki, yaxşı nəticə qazandıq".

"Apoel"in qapısına "Qarabağ"ın ikinci qolunu vuran seneqallı hücumçu, oyundan əvvəl qol vuracağını hiss etdiyini bildirib:

"Topa ilk toxunuşda qol vuracağımı gözləmirdim. Ancaq əvvəlcədən fərqlənəcəyimə inamım vardı. Çalışacağam ki, həm avrokuboklar, həm də ölkədaxili yarışlarda çox sayda qollar vurub komandamın uğurlarında rol oynayım".

Çempionlar Liqasının pley-off mərhələsində hansı komandanı "Ayaks"ı, yoxsa PAOK-un rəqib olmasını istərdin" sualını 29 yaşlı forvard belə cavablandırıb:

"Komandamızda əhval-ruhiyyə yüksəkdir. İnanırıq ki, üçüncü təsnifat mərhələsinin cavab oyununda da qələbəylə növbəti raunda vəsiqə qazanacağıq. Sualınıza gəlincə, bildirim ki, mənim üçün rəqibin "Ayaks" və ya PAOK olmasının önəmi yoxdur. Pley-offa da çıxaq, istənilən rəqib olsa, həmin mərhələdə də uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik".

Digər xəbərlər