Azərbaycanın bayraqdarı Vüqar Talıbov ikinci oldu

Azərbaycanın bayraqdarı Vüqar Talıbov ikinci oldu
Digər, Cüdo
25 İyul 2019 - 18:23
Supersport.Az-ın məlumatına görə, XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF Bakı 2019) Azərbaycanın bayraqdarı Vüqar Talıbov finala yüksəlib.

73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Vüqar Talıbov yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəki məğlub edib. İdmançımız qızıl medal uğrunda görüşdə italiyalı Luigi Centraçioys uduzub.

Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız EYOF-da aktivinə 4-cü medalı yazdırıb. Yarışların ilk günü Turan Bayramov qızıl, Şükran Zamanlı və Gülşən Bəşirova bürünc medala layiq görülüb. İyulun 26-ı oğlanlarda 81, 90, +90, qızlarda isə 70 və +70 çəki dərəcələrinin qaliblərinin adına aydınlıq gələcək.

Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılıb. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına İdman Sarayında baş tutan cüdo yarışlarına saat 10:30-da start verilir.

 

Digər xəbərlər