Yığmamızdan üçüncü yer

Yığmamızdan üçüncü yer
Digər, Güləş
15 İyul 2019 - 13:22
İstanbulda tanınmış türk pəhləvanı, Olimpiya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst güləş üzrə turnirə yekun vurulub.

Supersport.Az xəbər verir ki, 47-ci dəfə təşkil olunan ənənəvi yarışda ölkəmizi yalnız sərbəst güləş üzrə yığmamız təmsil edib. Baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə on güləşçi reytinq xarakterli turnirdə qüvvəsini sınayıb. Turnirdə 2 qızıl və 2 bürünc medala sahib olan millimiz 100 xal toplayaraq komanda hesabında üçüncü yeri tutub. Çempion olan güləşçilərimiz Murtuzəli Müslimov (70 kq) və Aleksandr Qostiyev (86 kq) yığmamıza 25 xal qazandırıb. Momerialda bürünc medala sahib olan Georgi Edişeraşvili (57 kq) və Şamil Zubairov (92 kq) hər biri komandamızın aktivinə 15 xal yazdırıblar. Əli Rəhimzadə (65 kq) və Abubakr Abakarov (79 kq) isə yarışda beşinci yeri tutaraq hər biri 10 xal toplayıblar.

Yaşar Doğu xatirə turnirində 165 xal toplayan Türkiyə yığması birinci, 10 xal az yığan ABŞ seçməsi isə ikinci olub.

Digər xəbərlər