Hacı Əliyevin vətən sevgisi - Video

Hacı Əliyevin vətən sevgisi - Video
Digər, Güləş, Video
01 İyul 2019 - 22:00
Supersport.Az Avropa ikinci oyunlarının qalibi Hacı Əliyevin mükafatlandırma mərasimindən videogörüntü təqdim edir.


Üçqat dünya, üçqat Avropa çempionu Hacı Əliyev debütdə erməni güləşçi Valodya Franqulyana 6:0-lıq dərs keçib, daha sonra yerli pəhləvan George Kolyevə 7:5 qalib gələrək, yarımfinala yüksəlib. Bu mərhələdə Azərbaycan pəhləvanı Ukraynanı təmsil edən erməni güləşçi Hor Oqannesyanı məğlub edərək, adını finala yazdırıb. Hacı Əliyev - Vladimir Xinçeqaşvili Qafqaz derbisi prinsipial olub. Bunadək hər iki güləşçi 2016-cı ildə iki dəfə qarşılaşmışdı. Avropa çempionatının yarımfinalında gürcü qalib gəlib. Vladimir buna qədər 57 kq-da dünya və Avropa çempionu olub, London Olimpiadasında gümüş medal qazanmışdı. Rio-2016-nın 1/4 finalında da gürcü pəhləvan güləşçimizə qalib gəlib və yekunda Olimpiadanın zirvəsinə qalxmışdı. Hacı Əliyev isə bürünc medalla kifayətlənmişdi. Tərəflər arasında 3-cü duel 3 illik fasilədən sonra keçirilib. Üçqat dünya, üçqat Avropa çempionu Hacı Əliyev, olimpiya, dünya və üçqat Avropa çempionu Vladimir Xinçeqaşvilidən revanş almaq istəyində idi. Qarşılaşmada başdan sona kimi diqtə edən tərəf olan Hacı qızıl kolleksiyasına Avropa Oyunlarının titulunu da əlavə edib.

Digər xəbərlər