Boksçumuz qızıl medal qazandı

Boksçumuz qızıl medal qazandı
Digər, Boks
29 İyun 2019 - 19:46
Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.

Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan boksçusu Alfonso Dominges final qarşılaşmasına çıxıb.

81 kq mübarizə aparan təmsilçimiz qızıl medal uğrunda Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gəlib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn boksçumuz ölkəmizə qızıl medal qazandırıb.

Qeyd edək ki, bu, Azərbaycanın Avropa oyunlarında 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

Digər xəbərlər