Samboçumuz ikinci oldu

Samboçumuz ikinci oldu
Digər, Sambo
23 İyun 2019 - 19:40
Belarus paytaxtı Minskdə davam edən ikinci Avropa Oyunlarında sambo yarışının ikinci günü başlayıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Ağasif Səmədov (52 kq) dörddəbir finalda litvalı Gintaras Katkusa 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə belaruslu Maksim Krasinski ilə qarşılaşan idmançımız rəqibinə heç bir şans verməyib və 4:0 hesablı qələbə qazanaraq adını finala yazdırıb. Azərbaycan samboçusu ermən idmançısı Tiqran Kirokasyanla qarşılaşmada 0:4 hesabıyla uduzub.

Komandamızın digər üzvü Cavidan Qarayev (62 kq) ilk görüşdə yunanıstanlı Savvas Karakidzisə məğlub olub. Buna baxmayaraq o, təsəlliverici görüşlərə qatılacaq. Bu mərhələdə idmançımızın ilk rəqibi estoniyalı Vadim Fomin olacaq.

Abdulla Abdullayev (74 kq) də yarışa uğursuz start verib. Xorvatiyalı Dino-Dominik Sumpora uduzan idmançımız təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryana rəqib olub.

Digər xəbərlər