"Partizani" "Qarabağ"ı kənarlaşdırmalıdır"

"Partizani" "Qarabağ"ı kənarlaşdırmalıdır"
Futbol
21 İyun 2019 - 20:01
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Albaniya çempionu "Partizani"nin baş məşqçisi Franko Lerda fikirlərini bölüşüb.

52 yaşlı italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bu səddi keçməyin mühüm olduğunu deyib:

"Bazar ertəsi klubla razılığa gəldim və dərhal futbolçularımla məşqə çıxdım. Vaxt az qalıb. Amma məqsədimiz Çempionlar Liqasının mərhələsində "Qarabağ"la keçiriləcək ilk oyuna tam hazır olmaqdır. İlk dəfə ölkə xaricində çalışdığım üçün həyəcanlıyam. Xaricdə təcrübə toplamaq şansını qaçıra bilməzdim. Mənim üçün ilklərdən biri də Çempionlar Liqasıdır. "Qarabağ"a qarşı iki önəmli matça çıxacağıq. Yeganə hədəf II mərhələyə yüksəlməkdir. Komanda olaraq yalnız buna köklənmişik. Növbəti mərhələyə adlamaq həm də kluba böyük maliyyə qazandıracaq. Bundan sonra Albaniya futbolunda böyük geridönüş olacaq".

"Partizani"nin çalışdırıcısı, "Qarabağ"ın təcrübəli komanda olduğunu bildirib:

"Sloveniyada təlim-məşq toplanışı iyulun 2-dək davam edəcək və matçın son hazırlığını Tiranada keçirəcəyik. Başa düşürük ki, ilk rəqib bizdən daha çox qələbələrə öyrəşmiş komandadır. Ancaq yenə də inamım var. Komandamla bağlı ilk təəssüratlarım müsbətdir. Komanda hələ tam komplektləşməyib. Mümkün olduğu qədər rəqabətli kollektiv qurmaq istəyirik".

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.

Digər xəbərlər