Gəncədə futbolumuzun vəziyyəti müzakirə olundu - Şəkillər
Futbol, Foto
21 İyun 2019 - 21:00
Azərbaycan Veteranlar İttifaqının təşəbbüsü ilə regionlarda görüşlər təşkil olunur.
Supersport.Az-ın məlumatına görə, ittifaq bu dəfə Gəncə şəhərində toplantı keçirib.
Görüşdə qurum sədri Oqtay Abdullayev, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, veteranlardan Maşallah Əhmədov, Asif Əliyev, Yunis Hüseynov, Vidadi Rzayev, Hüseyn Məhəmmədov, Kənan Kərimov və başqa şəxslər iştirak ediblər.
Toplantıda Gəncə ilə yanaşı, Mingəçevir, Qazax və başqa bölgələrdən nümayəndələr olub.
O.Abdullayev Gəncədə futbolun, veteranların vəziyyətiylə maraqlanıb. Şəhərdə futbol akademiyasının açılması, mütəxəssislərin işlə təmin olunması və sabiq oyunçulardan bəzilərinə fəxri adların verilməsi ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Veteranlar İttifaqı üzvləri təkliflərin AFFA rəhbərliyinə çatdırılacağına söz veriblər.