"Partizani" "Qarabağ"la mübarizədə mümkünsüzü reallaşdıra bilər"

"Partizani" "Qarabağ"la mübarizədə mümkünsüzü reallaşdıra bilər"
Futbol
18 İyun 2019 - 22:03
Supersport.Az-ın məlumatına görə, Albaniya Futbol Federasiyasının 17 ildir prezidenti vəzifəsində çalışan Armand Duka iddialı açıqlamayla gündəmə gəlib.

Avrokuboklarda mübarizə aparacaq ölkə klublarına uğurlar arzulayan qurum rəhbəri ümid edir ki, növbəti mərhələyə keçmək mümkündür.

Prezident, Çempionlar Liqasında "Partizani"nin "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq gücündə olduğu qənaətindədir:

"Mən 4 komandaya - "Partizani", "Kukesi", "Teuta", "Laçi"yə Avrokuboklarda böyük uğurlar, mümkün qədər irəliləməyi arzulayıram. Ciddi strategiyası, iddialı olmaqla yanaşı, oyunlara inamlı, yüksək səviyyədə hazırlaşaraq, siz mümkün olmayanı, xəyalları reallaşdıra bilərsiniz. Hər zaman uğur qazanmaq mümkündür!"

Xatırladaq ki, son 5 mövsüm "Qarabağ" Avrokubokların qrup mərhələsinın iştirakçısı olub.

Digər xəbərlər