Qurban Qurbanov: "Çempionlar Liqasında rəqib tanış deyil"

Qurban Qurbanov: "Çempionlar Liqasında rəqib tanış deyil"
Futbol
18 İyun 2019 - 17:20
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib.

"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq" - deyə, mütəxəssis klubun saytına bildirib.

 

 

Digər xəbərlər