"Neftçi" qənimiylə yenidən qarşılaşacaq

"Neftçi" qənimiylə yenidən qarşılaşacaq
Futbol
16 İyun 2019 - 14:30
"Neftçi"nin Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" iyunun 20-də Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq.

"Neftçi" ötən ilin qışında Antalyadakı təlim-məşq toplanışında da bu komandayla üz-üzə gələrək 0:8 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi"nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla" (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.

Digər xəbərlər