"Qarabağ" "Səbail"lə qarşılaşacaq

"Qarabağ" "Səbail"lə qarşılaşacaq
Futbol
13 İyun 2019 - 00:32
Azərbaycanın yeddiqat çempionu "Qarabağ" premyer liqanın bürünc mükafatçısı "Səbail"lə yoxlama oyunu keçirəcək.

Supersport.Az-a bu haqda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

"Qarabağ" - "Səbail" qarşılaşması iyunun 15-i saat 18:00-da "Azərsun Arena"da başlayacaq.

Qeyd edək ki, yeddiqat çempion olan Ağdam təmsilçisi ardıcıl 6-cı dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək, paytaxt klubu isə ilk dəfə Avroliqada mübarizə aparacaq. 

Digər xəbərlər