Şenol Günəş: "Fransanı yox, İslandiyanı məğlub etsəydik, daha yaxşı olardı"

Şenol Günəş: "Fransanı yox, İslandiyanı məğlub etsəydik, daha yaxşı olardı"
Futbol
12 İyun 2019 - 22:06
Supersport.Az-ın məlumatına görə, 2020-ci il Avropa çempionatının seçmə mərhələsində İslandiya yığmasına məğlub olan Türkiyə millisinin baş məşqçisi Şenol Günəş fikirlərini bildirib.

"Uduzuduq, məyusuq. Bununla belə final mərhələsinə vəsiqə qazanacağımıza əminəm. Bütün futbolçularımız güclərini ortaya qoydular. Bura yorğun, ancaq ümidli gəldik. Birinci hissənin 30 dəqiqəsini nəzərə almasaq, qalan vaxtda daha yaxşı oynadıq. İki qol buraxaraq məğlub olduq. Futbolçularımız bütün güclərini sərf etsələr də, uduzduq. Avro-2020-yə qatılmaq gücündəyik. Bizi marafon gözləyir. Qrupda əsas mübarizə üç komanda arasında olacaq. Fransa həmişə favoritdir, rəqiblər sırasında İslandiya da var. Fransanı yox, İslandiyanı məğlub etsəydik, daha yaxşı olardı. İslandiyada heç-heçə və ya qələbə əldə etsəydik, xeyrimizə olardı".

 

Digər xəbərlər