Veteranların maraqlı mübarizəsi: "Qarabağ" millimizə qalib gəldi - Şəkil

Veteranların maraqlı mübarizəsi: "Qarabağ" millimizə qalib gəldi - Şəkil
Futbol, Foto
10 İyun 2019 - 19:30
Azərbaycanın futbol veteranları fəallığıyla seçilir. Veteranlardan ibarət millimiz yoldaşlıq oyunlarında qüvvəsini sınayır. Seçmə komanda beynəlxalq yarışlara da qatılmaq niyyətindədir.

Veteranlar yığmamız bir müddət əvvəl Rusiyanın "Yedinaya Rossiya" partiyasının komandasına 4:1, jurnalistlərimizin kollektivinə 3:1 hesablı qalib gəlib.

Supersport.Az-ın məlumatına görə, veteranlar millimiz növbəti yoldaşlıq oyununu dünən "Qarabağ" veteranlar komandasına qarşı keçirdi.

Qarşılaşmadan əvvəl futbolçulara ciddi zədə olmaması üçün ehtiyatlı oyuna üstünlük verməsi məsləhət görüldü. Buna baxmayaraq, veteranların mübarizəsi maraqlı və gərgin olmasıyla yadda qaldı.

Matçın əvvəli "Qarabağ"ın futbolçusu Cavanşir Novruzov zədələndiyi üçün meydanı tərk etdi.

Oyunun gedişində futbolçuların söz atışmasına, hakimlərlə mübahisəsinə də rast gəldik.

Veteranlar Şurasının sədri Oqtay Abdullayev yığma üzvlərinə, "Qarabağ"ın veteranlar komandasının prezidenti Habil Qurbanov futbolçularına dəstək oldu.

"Qarabağ" 5:4 hesablı qələbə qazansa da, milli komandanın bərabərlik qolunu vurmaq üçün bir neçə dəfə də fürsəti oldu, lakin qolkiper Siyavuş Əliyev məharətini göstərdi.

Millinin üzvü Emin Quliyevin uzaq məsafədən möhtəşəm qolu isə oyuna bəzək verdi.

"Qarabağ"dan Paşa Əliyev, Xaqani Məmmədov, Alim Qurbanov (2) və Kənan Kərimov fərqləndi.

Azərbaycan yığmasından qolları Zaur Ramazanov, Rəşad Abdullayev, Emin Quliyev və Ramal Hüseynov vurdu.

Oyundan sonra futbolçular matçı təşkil edən Veteranlar Şurasının sədri Oqtay Abdullayevə təşəkkürünü bildirdilər.

Azərbaycanın veteranlardan ibarət milli komandasının heyəti belə olub:

1.Hüseyn Məhəmmədov, 2.Elxan Həsənov, 3.Ədahim Niftəliyev, 4.Xəyal Mustafayev, 5.Hüseynqulu Quliyev, 6.Emin Quliyev, 6.Zaur Tağızadə, 7.İsmayıl Məmmədov, 8.Mahmud Qurbanov, 9.İlqar Hüseynov, 10.Zaur Ramazanov, 11.Ramal Hüseynov, 12.Rəşad Abdullayev, 13.Yunis Huseynov, 14.Elman Sultanov, 15.Məqsəd Yaqubəliyev, 16.Zaur İsmayılov.

Baş məşqçi: Nadir Qasımov

"Qarabag" veteran komandasının heyətində bu futbolçular yer alıb:

1.Siyavuş Əliyev, 2.Camaləddin Əliyev, 3.Müşfiq Hüseynov, 4.Yaşar Hüseynov, 5.Alim Qurbanov
6.Kənan Kərimov, 7.Aslan Kərimov. 8.Ramiz Məmmədov, 9.Bəxtiyar Musayev, 10.Təbriz Həsənov, 11.Mirbağır İsayev, 12.Cavanşir Novruzov, 13.Paşa Əliyev, 15.Samir Musayev, 14.Tərlan Əhmədov, 15.Vadar Nuriyev, 16.Ənvər Axundov, 17.Cəmil Haqverdiyev, 18.Yusif Əsədov.

Baş məşqçi: Nazim Mehrəliyev



Digər xəbərlər