UEFA-nın keçmiş prezidenti dünyasını dəyişdi

UEFA-nın keçmiş prezidenti dünyasını dəyişdi
Maqazin, Futbol
06 İyun 2019 - 09:47
UEFA-nın keçmiş prezidenti Lennart Yohansson vəfat edib.

Supersport.Az xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən Lennart 89 yaşında dünyasını dəyişib. O, 1990-2007-ci illər aralığında UEFA-nın prezidenti olub. Lennart bu vəzifədə ən uzun müddət qalan şəxs olub. Yohansson 2007-ci ildə keçirilmiş seçkidə Mişel Platiniyə uduzub.

İsveçli funksioner həmçinin, ölkəsinin AİK klubunun prezidenti olub.

Digər xəbərlər