Məğlubedilməz boksçuya nokaut zərbəsi - Foto-Video

Boks, Video, Foto
02 İyun 2019 - 12:09


Supersport.Az-ın məlumatına görə, dünya boksunda gözlənilməz nəticə olub.
İngiltərəli məğlubedilməz Entoni Coşua meksikaslı Endi Ruis 7-ci raundda uduzaraq karyerasında rinqi ilk dəfə başıaşağı tərk edib.
Bu döyüşdən əvvəl 22 qarşılaşmada qələbə qazanan 29 yaşlı Coşua bu uğursuzluqla WBA, WBO-IBF, IBO kəmərlərini itirib.
Məğlub boksçu açıqlamasında deib:
"Çox yaxşı döyüşçüyə uduzdum, çempion oldu. Azarkeşlərimi məyus etdim. Buna baxmayaraq, yenidən döyüşüb çempion olacağam".