Azərbaycan cüdoçusu Avropa Kubokunda qalib oldu

Azərbaycan cüdoçusu Avropa Kubokunda qalib oldu
Cüdo
20 May 2019 - 09:22
Supersport.Az-ın məlumatına görə, Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Orenburq şəhərində keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.

81 kq çəki dərəcəsində yarışan cüdoçumuz bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rusiyalı idmançı Turpal Terkayevi məğlub edən Murad Fətiyev Avropa Kubokunun qalibi olub.

Azərbaycan millisi əldə etdiyi bir qızıl medalla turnirdə kişilər arasında üçüncü, ümumi hesabda isə beşinci pillədə qərarlaşıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc medal), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc medal), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş medal) komandası tutub.

Qeyd edək ki, 24 ölkədən 339 idmançının mübarizə apardığı qitə kubokunda Azərbaycanı 12 cüdoçu təmsil edib.

Digər xəbərlər