"Sumqayıt"ın baş məşqçisi istefa verdi

Futbol
19 May 2019 - 19:21
Supersport.Az xəbər verir ki, Azərbaycan Kubokunun finalında "Qəbələ"yə məğlub olduqları oyundan (0:1) sonra "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında belə deyib.
"Kuboku qazansaq da, iki gün sonra klub rəhbərliyi ilə görüşüm olacaqdı. Çox güman ki, bu, mənim komanda ilə son oyunum idi" – deyə o, bildirib.
Abbasov "Sumqayıt"ın Avroliqada çıxış etməyə hazır olmadığını da etiraf edib: "İndiki halda komanda buna hazır deyil. Bunun üçün bir qədər inkişaf etmək lazımdır".
Qeyd edək ki, A.Abbasov ötən ilin noyabr ayından "Sumqayıt"ı çalışdırırdı. Onun komanda Azərbaycan Premyer Liqasında mövsümü 29 xalla 6-cı pillədə başa vurub.