İlham Zəkiyevin məğlubiyyəti azarkeşi şoka saldı

İlham Zəkiyevin məğlubiyyəti azarkeşi şoka saldı
Digər, Eksklüziv, Cüdo
15 May 2019 - 22:46
Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri turniri gərginliyi ilə yadda qalıb.

Yarışda 35 ölkədən 214 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

100 kq-dan yuxarı çəkidə bürünc mükafat uğrunda qarşılaşmalardan biri daha çox maraqlı və gərginliyi ilə yadda qalıb.

İkiqat paraolimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu İlham Zəkiyevin gürcü Revaz Çikoidzeylə görüşünün əsas vaxtında qalib müəyyənləşməyib. Qızıl xal mübarizəsində cüdoçumuz burnundan ciddi xəsarət alıb, qanın qarşısını almaq üçün həkimlər bir neçə dəfə yardım edib. 39 yaşlı idmançımız sarğılı halda mübarizəni davam etdirib, sonda qalib gürcü idmançısı olub. Müxbirimiz İlham Zəkiyevin məğlubiyyətini həzm edə bilməyən yeniyetmə qız fanatın həyəcandan şoka düşdüyünün şahidi olub. Həkimin vaxtında müdaxiləsi nəticəsində azarkeşin həyatı xilas edilib. Zəkiyev 5-ci olub.

Qeyd edək ki, "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə 21 idmançıyla təmsil olunan Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 4 bürünc medalla komanda hesabında ikinci yeri tutub.

Digər xəbərlər