IJF prezidenti: "Azərbaycan Tokio olimpiadasında yüksək nəticə qazanacaq" - Video

IJF prezidenti: "Azərbaycan Tokio olimpiadasında yüksək nəticə qazanacaq" - Video
Eksklüziv, Cüdo, Video
14 May 2019 - 15:45
Supersport.Az Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerin Azərbaycan haqda müsbət fikirlərini  videogörüntüyə alıb. Rumın rəhbər, Bakıda keçirilən "Böyük Dəbilqə" yarışının yüksək səviyyədə təşkil olunduğunu bildirib.


"Azərbaycan Cüdo Federasiyası və dövləti həmişə cüdo tədbirlərini yüksək səviyyədə keçirir. Uzun müddətdir belə davam edir" deyən beynəlxalq qurum prezidenti, ötən il paytaxtımızda baş tutan dünya çempionatını yada salıb:

"Bakıda dünya çempionatıyla yanaşı, ənənəvi "Böyük Dəbilqə" turniri də möhtəşəm təşkil olundu. Buna görə də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə komandasını, eləcə də gənclər və idman naziri Azad Rəhimovu təbrik edirəm. Azərbaycan hökuməti belə yarışların keçirilməsində hər zaman dəstək olur. Bu da cüdonun inkişafında mühüm rol oynayır. Bizim sizin federasiya ilə müqaviləmiz mövcuddur və gələn il də "Böyük Dəbilqə" turniri ölkənizdə təşkil olunacaq".

12 ildir IJF başçısı olan Vizer, Azərbaycan millisinin düzgün yolda olduğunu vurğulayıb:

"Bu komandanın düzgün hazırlıq keçməsini nəticələr də göstərir. Hesab edirəm ki, Azərbaycan millisi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında özünün ən yaxşı nəticəsini qazanacaq".

Qurum rəhbəri, cüdodakı hazırkı qaydaların Tokio olimpiadasınadək dəyişməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə"də 7 medal qazanıb.

Digər xəbərlər