Millimizdən qələbə, məğlubiyyət

Millimizdən qələbə, məğlubiyyət
Futzal, Futbol
17 Aprel 2019 - 15:18
Futzal üzrə Azərbaycan milli komandası Serbiya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.
Supersport.Az xəbər verir ki, qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. Oyun isə rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Thaqo Telesin dubl etdiyi görüşdə komandamızın digər qollarını İsa Atayev, Fineo de Araujo və Ramiz Çovdarov vurublar.
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanıb.

Digər xəbərlər