"Neftçi" "Hamburq"a gücünü göstərdi

"Neftçi" "Hamburq"a gücünü göstərdi
Futbol
07 Aprel 2019 - 21:22
"Neftçi” PFK-nın U-12 komandası "İzmir Cup” beynəlxalq turnirinin ikinci günündə 5 oyun keçirib.

"Anderlext” (Belçika) və "Siqma Olomous” (Çexiya) ilə qolsuz heç-heçə (0:0) edən "ağ-qaralar” "Bursaspor”a (Türkiyə) və "Seltik”ə (Şotlandiya) 0:3, "Lill”ə (Fransa) 0:2 hesabı ilə məğlub olub. Bundan əvvəl Türkiyənin "Konyaspor” (3:0), Hollandiyanın "AZ Alkmaar” (0:1) və Polşanın "Şlask Vroslav”a (0:1) klubları ilə qarşılaşan "Neftçi” növbəti mərhələyə adlaya bilməyib.

Azərbaycan komandası "İzmir Cup”ın son günü iki oyun keçirib. Fransanın "Monako” klubuna məğlub olan (0:2) "Neftçi”, "Hamburq”a (Almaniya) 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna Əli Aslanzadə imza atıb.

Digər xəbərlər