Azərbaycandan Avropa çempionluğu

Digər, Güləş
09 İyul 2022 - 10:47
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-20 Avropa çempionatı keçirilib.
Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında qitə birinciliyində ölkəmizi təmsil edən 6 pəhləvanın hamısı fəxri kürsüyə qalxıb.
70 və 80 kq-da iştirakçılar qrup mərhələsində mübarizəyə başlayıb. Daha sonra yarımfinal və final görüşləri keçirilib. Bu çəkilərin hər birində 2 güləşçimiz çıxış edib.
70 kq-da Rübail İbrahimli və Hüseyn Əliyev finaladək irəliləyib. Həlledici görüşdə Rübail komanda yoldaşına qalib gəlib.
80 kq-da Fərid Yusifov gümüş, Anar Cəfərli isə bürünc medal qazanıb.
Ağır çəkilərdə milli üzvləri maksimum nəticəyə imza atıb. Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) Avropa çempionu olub.
Beləliklə, millimiz U-20 Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 95 xalla Avropa çempionu olub. Yunanıstan (58) ikinci, Moldova (37) isə üçüncü yeri tutub.