Həbibdən karyerasını bitirən Konora atmaca: "Cəngəlliyin yalnız bir kralı ola bilər"

Həbibdən karyerasını bitirən Konora atmaca: "Cəngəlliyin yalnız bir kralı ola bilər"
Digər, MMA
26 Mart 2019 - 18:50
Supersport.Az-ın məlumatına görə, qarışıq döyüş növləri üzrə irlandiyalı idmançı Konor Makqreqor karyerasını başa vurduğunu bəyan edib.

"Uşaqlar, təcili elan. Bu gün mən qarışıq döyüş sənəti kimi tanınan idman növündən getməyə qərar verdim. Bütün keçmiş həmkarlarıma uğurlar arzu edirəm və artıq təqaüdə çıxıram".

Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorun karyerasını başa vurmasına atmaca ilə münasibət bildirib.

30 yaşlı idmançı deyib: "Cəngəlliyin yalnız bir kralı ola bilər. Yalnız bir".

Qeyd edək ki, Həbib UFC versiyası üzrə çempionluq titulunu ötən ilin oktyabr ayında keçirdiyi döyüşdə məhz Konoru məğlub edərək qazanıb.

Digər xəbərlər