Şəhid Raquf Orucovun xatirə turniri təşkil olunacaq

Şəhid Raquf Orucovun xatirə turniri təşkil olunacaq
Digər, Cüdo
13 Mart 2019 - 20:28
Bu il aprelin 16-17-də Bakı İdman Sarayında aprel döyüşlərində şəhid olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunan cüdo üzrə III beynəlxalq “Raquf Orucov kuboku” turniri keçiriləcək.

Supersport.Az-ın xəbərinə görə, "Azman Holdinq"in tərkibinə daxil olan "Judo Club 2012" idman klubunun təşkilatçılığı ilə keçiriləcək yarışda yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları iştirak edəcəklər.
Ənənəvi turnirdə Bakı şəhərini və bölgələimizi təmsil edən komandalarla birlikdə qonşu ölkələrdən dəvət edilmiş bir neçə klub komandasının iştirakı gözlənilir.

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.

Digər xəbərlər