Zidanın qazancı, iddialı açıqlaması: "Real"ın əvvəlki şöhrətini qaytarmalıyıq"

Zidanın qazancı, iddialı açıqlaması: "Real"ın əvvəlki şöhrətini qaytarmalıyıq"
Maqazin, Futbol
12 Mart 2019 - 01:26
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"in yenidən baş məşqçisi olan Zinədin Zidan iddialı açıqlama verib.

Təcrübəli mütəxəssisin illik qazancı 16 milyon avro olacaq.

Zidan "Santyaqo Bernabey" stadionunun mətbuat zalında sevincli olduğunu bildirib:

"Bu gün hamı üçün xüsusi gündür və mən xoşbəxtəm. Ən əsas budur. Başqa təkliflər olsa da, müsbət cavab vermədim. Mən evimə qayıtdığıma çox şadam. "Real"ın tarixi dəyişmir və dünyanın ən güclüsüdür. Belə köklü klubda yenidən çalışacağım üçün çox sevincliyəm. Komandanı əvvəlcə tərk etməyim vacib idi. Bu müddətdə komandada digər məşqçilər dəyişiklik etməliydilər. Mən ona görə qayıtdım ki, prezident zəng etdi. Mən onu və klubu çox sevirəm. Futbolçuları da həmçinin. Ən mühüm odur ki, 8 ay sonra yenədin doğma komandamdayam. Burada çalışmaq böyük məsuliyyətdir. Futbolu sevirəm, komandamla çox sayda uğurlar qazanmışam. Mənim iddiamın qarşısını kimsə ala bilməz. Bəzi şeylər dəyişəcək, ancaq indi bundan söhbət getmir. Çalışıb nəsə etməliyik. Ən əsası, komandanın əvvəlki gücü, şöhrətini qaytarmalıyıq. 11 oyun qalıb çempionatı yaxşı nəticəylə başa vurmalıyıq".

"Real"ın prezidenti Florentino Peres təyinatla bağlı belə danışıb:
"Bizim əla komandamız var. Ancaq uzun müddətli uğurlardan sonra etiraf etməliyik ki, bu mövüm gözlədiyimiz alınmadı. İndi iddianı bərpa etməyin vaxtıdır. Zinədin Zidanı salamlayıram. Əziz "Zizu", siz bütün varlığınızı fəda edərək "Real"ı dünayada ən güclü etmisiniz. İndi ən çətin məqamda məsuliyyəti üzərinizə götürdünüz. 


Sizin qayıtmağınız kluba, milyonlarla azarkeşə böyük sevginizin göstəricisidir. Bizimlə birgə olduğunuz üçün sizinlə fəxr edirik. Siz möhtəşəm klubun dəyərisiniz".

Digər xəbərlər