Qalib cüdoçumuz Məmmədəli Mehdiyev dünya reytinqində irəlilədi

Qalib cüdoçumuz Məmmədəli Mehdiyev dünya reytinqində irəlilədi
Digər, Cüdo
27 Fevral 2019 - 02:28
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəlində Azərbaycanın bəzi idmançıları irəliləyib.

90 kq çəki dərəcəsində bir müddət əvvəl Təl-Əviv turnirində üçüncü, Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" yarışının qalibi olan Məmmədəli Mehdiyev 4606 xalla üç pillə yüksəlməklə 4-cı yerə qalxıb. Cüdoçumuzun finalda məğlub etdiyi yapon Sanşiro Murao (1690 xal) 18 addım irəliləyərək 28-cidir. Eyni xala malik Tural Safquliyev 25-ci sıranı 29-a dəyişib.

73 kq çəkidə Rüstəm Orucov 5328 xalla 4-cü, Hidayət Heydərov 4071 xalla 8-ci pillədə qalıb.

Təl-Əviv Qran-prisinin qalibi, Düsseldorfda yarışın üçüncüsü İrina Kindzerska (+78 kq, 5143 xal) 1 pillə enməklə 6-cıdır.

Elmar Qasımov (100 kq, 3538 xal) 1 pillə geriləməklə 11-ci, Zelim Kotsoyev isə (100 kq, 2324 xal) 4 pillə yüksəlməklə 21-cidir.

Digər cüdoçularımızın reytinqdə yeri:

31 (-1) Orxan Səfərov (60 kq, 1445 xal)

35 (+1) Kəramət Hüseynov (60 kq, 1189 xal)

28 (+2) Nicat Şıxəlizadə (66 kq, 1678 xal)

65 (+14) Murad Fətiyev (81 kq, 644 xal)

39. Aişə Qurbanlı (48 kq, 1021 xal)

66 (-1) Nəzakət Əzizov (52 kq, 476 xal)

61 (-1) İçinxorlo Munxtsedev (57 kq, 555 xal)

83 (-1) Xanım Hüseynova (63 xal, 261 xal)

95 (+1) Validə Mirzəzadə (70 kq, 180 xal)

100 (-2) Günel Həsənli (78 kq, 133 xal)

 

 

 

Digər xəbərlər