Elşad Əhmədov: "Qarabağ"a məndən çox azarkeşlik edən olmaz" - Video

Elşad Əhmədov: "Qarabağ"a məndən çox azarkeşlik edən olmaz" - Video
Futbol, Video
23 Fevral 2019 - 22:01
Supersport.Az premyer liqanın 18-ci turunda "Qarabağ"la heç-heçə oynayan "Sabah"ın baş məşqçisi Elşad Əhmədovun açıqlamasını videogörüntüyə alıb. 

"Qarabağ"la oyun həmişə maraqlı olur. Sürətli və maraqlı oyun alındı. Yaxşı oynadığımızı deyə bilmirəm. Azlıqda qalsaq da, mübarizə apardıq" deyən mütəxəssis, bu nəticəni qələbə hesab edib.

O, 12 il "Qarabağ"ın uğurları üçün çalışdığını vurğulayıb:
"Məndən çox o kluba azarkeşlik edən olmaz. Sadəcə futbolçular üçün "Qarabağ"la oyun böyük stimuldur. Bu komanda ilə matçlar çox çətin olur".




 



 

Digər xəbərlər