"Arsenal" növbəti mərhələdə, "Fənərbağça", "Sportinq", "Qalatasaray" kənarlaşdırıldı

"Arsenal" növbəti mərhələdə, "Fənərbağça", "Sportinq", "Qalatasaray" kənarlaşdırıldı
Futbol
22 Fevral 2019 - 01:56
Bu gecə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

Supersport.Az xəbər verir ki, keçirilən 15 görüşlə 1/8 finala yüksələcək bütün komandalar məlum olub.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Arsenal" öz meydanında BATE-ni qəbul edib. Səfərdə keçirilən ilk görüşdə gözlənilmədən rəqibinə məğlub olan (0:1) London klubu mərhələni keçmək üçün mütləq qalib gəlməli idi. "Arsenal" 3 qolla qələbəylə növbəti raunda adlayıb.

Türkiyənin "Fənərbağça" klubu Sankt-Peterburqda "Zenit"in qonağı olub. İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən İstanbul klubu 1/8 finala çıxmaq üçün yaxşı şans qazansa da, fürsəti qaçırıb. Rusiya komandası 3:1 hesabıyla növbəti mərhələyə keçib.

İstanbulun digər təmsilçisi "Qalatasaray" isə səfərdə "Benfika" ilə qarşılaşıb. Evdə bu rəqibinə 1:2 hesabı ilə uduzan Türkiyə klubu işini çətinə salmışdı. "Benfika" - "Qalatasaray" oyunu qolsuz başa çatdığından Portuqaliya klubu mübarizəni davam etdirəcək.

21 fevral

Avropa Liqası
1/16 finalın cavab oyunları

21:55. “Arsenal” – BATE - 3:0


Qol: Volkov, 4-öz qapısına, Mustafi 29, Papastapulos 60

İlk oyun – 0 :1

21:55. “Dinamo Zaqreb” – “Viktoriya” - 3:0
İlk oyun – 1:2


21:55. “Ayntraxt” – “Şaxtyor” - 4:1
İlk oyun – 2:2


21:55. “Napoli” – “Sürix” - 2:0
İlk oyun – 3:1


21:55. “Zalsburq” – “Brügge” - 4:0
İlk oyun – 1:2


21:55. “Valensiya” – “Seltik” - 1:0
İlk oyun – 2:0


21:55. “Vilyareal” – “Sportinq” - 1:1
İlk oyun – 1:0


21:55. “Zenit” – “Fənərbağça” - 3:1

Qol: Mehmet Topal 43 - Ozdoev 4, Sərdar Azmun 37, 76

İlk oyun – 0:1

00:00. “Benfika” – “Qalatasaray” 0-0
İlk oyun – 2:1


00:00. “Betis” – “Renn” 1-3
İlk oyun – 3:3


00:00. “Çelsi” – “Malmö” 3-0
İlk oyun – 2:1


00:00. “Dinamo Kiyev” – “Olimpiakos” 1-0

Qol: Sol 32


İlk oyun – 2:2

00:00. “Genk” – “Slaviya” 1-4
İlk oyun – 0:0


00:00. “İnter” – “Rapid” 4-0
İlk oyun – 1:0


00:00. “Bayer” – “Krasnodar” 1-1
İlk oyun – 0:0


20 fevral

"Sevilya" (İspaniya) - "Latsio" (İtaliya) - 2:0
İlk oyun - 1:0

Digər xəbərlər