Cüdoçularımızdan Avropa Kubokunda uğurlu nəticə

Cüdoçularımızdan Avropa Kubokunda uğurlu nəticə
Digər, Cüdo
17 Fevral 2019 - 23:45
Supersport.Az-ın məlumatına görə, İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kuboku turnirinə yekun vurulub.

Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər. Yeniyetmə idmançılarımız 1 gümüş və 1 bürünc medal qazanıblar. 73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa Kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.

Qeyd edək ki, Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib və cüdoçularımızdan 4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.

Digər xəbərlər