Zabit Səmədov azərbaycanlılarla çeçenlər arasında qalmaqala münasibət bildirdi

Zabit Səmədov azərbaycanlılarla çeçenlər arasında qalmaqala münasibət bildirdi
Kikboks, Digər
17 Fevral 2019 - 01:23
Azərbaycanlı K-1 döyüşçüsü, dünya çempionu Zabit Səmədov Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən qalmaqala münasibət bildirib.

Supersport.Az xəbər verir ki, tanınmış kikboksçu sosial şəbəkədə bunu yazıb:

"Bizim əcdadlarımızın keçdikləri yol Qafqaz xalqları üçün igidlik nümunəsidir. Bizə həmişə hörmət etməyi, eləcə də din qardaşlarımıza və Qafqazda ərazisində yaşayan qardaşlarımıza kömək etməyi öyrədiblər.

Bu gün biz Azərbaycan və Çeçen xalqları arasında ikitərəfli səmimi münasibətləri görürük, bu, bizim əcdadlarımızın münasibətlərinin nəsildən nəsilə davamıdır. Qürur hissi ilə deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır və Çeçenistanda da mənim xalqım haqda eyni fikirləri səsləndirilir".

Qeyd edək ki, ötən gün Rusiya paytaxtında yerləşən restoranlardan birində Azərbaycan və çeçenlər arasında bas vermiş mübahisə sonradan kütləvi dava-dalaşa səbəb olub.

Digər xəbərlər