Samir Abbasov: "Şükürlər olsun ki, məğlub olmadıq"

Samir Abbasov: "Şükürlər olsun ki, məğlub olmadıq"
Futbol
17 Fevral 2019 - 00:44
Supersport.Az-ın məlumatına görə, premyer liqamızın 17-ci turu çərçivəsində keçirilən "Zirə" - "Neftçi" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abbasov oyunla bağlı fikirlərini bildirib:

"Udsaydıq, bizə əlavə motivasiya, əlavə stimul olacaqdı. Nə təəssüflənirik, nə də sevinirik. Hər iki tərəfin qol imkanları oldu. Məncə, bu komandalar qarşılaşanda, daim maraqlı görüşlər olur. Qalib də gələ bilərdik, uduza da. Şükürlər olsun ki, məğlub olmadıq. Bəzi oyunlarda futbolçuları qınayırdıq. Lakin son iki oyun göstərdi ki, düz yoldayıq. Futbolçulara təşəkkür edirəm".

Digər xəbərlər