“Qarabağ” “Beşiktaş”, “Fənərbağça” nümayəndələrini Bakıya gətirdi

“Qarabağ” “Beşiktaş”, “Fənərbağça” nümayəndələrini Bakıya gətirdi
Futbol, Foto
12 Fevral 2019 - 15:51
Supersport.Az-ın məlumatına görə, bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib.

"Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə paytaxtımızda baş tutan iclasda Türkiyə, ("Beşiktaş", "Fənərbağça", "Başakşehir") İsrail ("Makkabi" (Hayfa), "Makkabi" (Tel-Əviv)) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva) "Jalgiris"), "Neftçi", "Qəbələ" və “Qarabağ” klublarının nümayəndələri iştirak edib. İclasda 2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.

Qeyd edək ki, “Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdür.


Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.

 


 

 

Digər xəbərlər