Roberto Bordin: "Keşlə" bütün heyətlə müdafiə olunurdu" - Video

Roberto Bordin: "Keşlə" bütün heyətlə müdafiə olunurdu" - Video
Futbol, Video
12 Fevral 2019 - 00:22
Supersport.Az Azərbaycan Premyer Liqasının 16-cı turunda "Keşlə"ni məğlub edən "Neftçi"nin baş məşqçisi Roberto Bordinin fikirlərini videogörüntüyə alıb.

"Oyun elə də asan alınmadı. Çünki rəqib, demək olar, bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yarada bildik. Bunun birindən də Emin Mahmudov çox gözəl istifadə edib qol vurdu. Oyunu sonadək idarə edən tərəf biz idik. Qoldan sonra da çoxlu sayda qol epizodları yaratdıq. Əlbəttə, müdafiədə də boşluqlarımız oldu, amma Səlahət Ağayev qapımızın toxunulmazlığını qoruya bildi. Hesabı daha da artırmaq istəyirdik, amma Dabo və Sansone şanslarından istifadə edə bilmədilər. Qələbə qazandıq. Komandamı təbrik edirəm".

İtaliyalı mütəxəssis, suala cavabında belə deyib:

"Sansoneni yaxşı tanıyıram, İtaliya çempionatından gəlib. Komandaya uyğunlaşması üçün ona vaxt lazımdır. Platellasa gəlincə, həm hücumda, həm də müdafiədə bizə çox kömək edir, ondan çox razıyam. Deməzdim ki, Rəhman Hacıyev hansısa oyunçudan geri qalır, onun heç bir problemi yoxdur. Sadəcə, hər bir rəqibə uyğun taktika seçirik. Mirabdulla Abbasov isə bu gün qol vəziyyətlərindən istifadə edə bilməsə də, komandaya xeyri dəydi".

Digər xəbərlər