Futbol millimizin yeni baş məşqçisi Bakıda

Futbol millimizin yeni baş məşqçisi Bakıda
Futbol
09 Fevral 2019 - 13:54
Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.

Supersport.Az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, federasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.
 Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komanalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

Digər xəbərlər