Bəxtiyar Hacıyev: "Avropa oyunlarında qızıl medallar qazanmalıyıq" - Video

Bəxtiyar Hacıyev: "Avropa oyunlarında qızıl medallar qazanmalıyıq" - Video
Digər, Tribuna, Video, Foto, Sambo
05 Fevral 2019 - 16:04
Supersport.Az-a açıqlamasında sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev belə deyib.

Azərbaycan çempionatından razı qaldığını bildirən 42 yaşlı mütəxəssis, hesab edir ki, ölkədə güclü və perspektivli idmançılar çoxdur.

Məşqçi sambomuzun şöhrətini itirmədiyini, qarşıdakı mötəbər yarışlarda yüksək nəticə qazanmağın vacibliyini qeyd edib:

"Bakıda ilk Avropa oyunlarında 4 samboçumuz gümüş medal qazanmışdı. Belarusda keçiriləcək belə ikinci qitə yarışına 9 çəki dərəcəsində hələ ki, 6 idmançımız vəsiqə əldə edib. Bu oyunlarda samboçularımız qızıl medal qazanmalıdırlar".

Millinin çalışdırıcısı, sambonun 2024-ci il olimpiya oyunları proqramına daxil ediləcəyinə və bundan sonra olimpiadalarda da uğurlar əldə edəcəklərinə inandığını bildirib.

Digər xəbərlər