Qara Qarayev: "Qarabağ"a "Neftçi"ylə oyun çətin olacaq" - Video

Qara Qarayev: "Qarabağ"a "Neftçi"ylə oyun çətin olacaq" - Video
Futbol, Video
03 Fevral 2019 - 01:16
Supersport.Az "Neftçi"ni qəbul edəcək "Qarabağ"ın futbolçusu Qara Qarayevin açıqlamasını videogörüntüyə alıb.

"Komandada hər kəs oyuna hazırdır. Heyətimizdə ciddi problem yoxdur. Deyərdim ki, son illərin ən yaxşı "Neftçi"sinə qarşı oynayacağıq. Biz futbolçular hər zaman çempionatda belə oyunları gözləmişik ki, belə matçların sayı artsın. Tarixi oyunlardan biridir. Təlim-məşq toplanışını yaxşı keçmiş sürətli komanda ilə qarşılaşacağıq. "Neftçi" çempionatda liderdir. Lider qarşı oynamaq çətin və məsuliyyətlidir. Ümid edirəm ki, bu oyuna yaraşan şəkildə çıxış edəcəyik".

Digər xəbərlər