"Qarabağ" yeni transferlərini sifariş etdi

"Qarabağ" yeni transferlərini sifariş etdi
Futbol
31 Yanvar 2019 - 15:27
"Qarabağ" Topaz Premyer Liqasında mövsümün ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edir.

 

Supersport.Az PFL-in saytına istinadən xəbər verir ki, 24 nəfərlik siyahıda yeni transferlər - Riçard Almeyda və Reynaldo Silvanın da adı var.

 

Qapıçılar: 13. Vaqner da Silva, 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev;
Müdafiəçilər: 52. Yakub Jezniçak, 4. Rahil Məmmədov,  30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 25. Ansi Aqolli, 14. Rəşad Sadıqov,  5. Maksim Medvedev;
Yarımmüdafiəçilər: 20. Riçard Almeyda, 9. Araz Abdullayev, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 18. İsmayıl İbrahimli, 77. Donald Gerye, 19. Filip Ozobiç,  8. Miçel Madera, 10. Dani Kintana, 2. Qara Qarayev;
Hücumçular: 99. Reynaldo Silva, 28. Con Delarj, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov.

Digər xəbərlər