"Neftçi" "Qarabağ"la döyüşün hazırlığına başladı

"Neftçi" "Qarabağ"la döyüşün hazırlığına başladı
Futbol
29 Yanvar 2019 - 22:04
Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ"la qarşılaşacaq "Neftçi" oyunun hazırlığına start verib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Antalya toplanışından sonra fasiləyə buraxılan komanda bu gün bazasında məşqə çıxıb. Məşqdə toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Neftçi" oyunu saat 18:30-da başlanacaq.

Digər xəbərlər