"Neftçi"nin "Bursaspor"dan öyrənəcəyi çox şey var"

"Neftçi"nin "Bursaspor"dan öyrənəcəyi çox şey var"
Futbol, Foto
22 Yanvar 2019 - 15:17
Supersport.Az xəbər verir ki, "Neftçi" və Türkiyənin "Bursaspor" klubları arasında qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi imzalanıb.

Özlücə İbrahim yazıcı təsislərində baş tutan tədbirə hər 2 klubun prezidentləri – Ali Ayla Kamran Quliyev, eləcə də vitse-prezidentlər Cəm Öztürk və Elnur Eyvazov qatılıblar.

Mərasimdən sonra flaqmanın prezidenti Kamran Quliyev bunu deyib:

"Bizim üçün qürurverici andır. Belə bir klubda sizlərlə birgə olmaqdan məmnunuq. Əli Aya, Cəm Öztürkə, bütün idarə heyətinə, təşəkkürümü bildirmək istərdim. Qardaş ölkədən gəldik. Ölkənin ən böyük və tarixin ən qədim klubuyuq. SSRİ dağıldıqdan sonra 8 dəfə çempionluq yaşamış klubuq.

Sizinlə birgə olmaq bizim üçün çox xoş və sevindiricidir. Ötən gün "Fənərbağça" ilə matçınızı izlədik. Çox şanssız idiniz. Möhtəşəm stadionunuz var. Özəl bir klub və özəl tərəfdarınız var. Sizdən örnək götürəcəyimiz çox şey var. Ali Aya çox təşəkkür edirəm. Münasibətlətimiz davam edəcək. Gələcəkdə birgə işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik".

 

Digər xəbərlər