"Qarabağ"ın ikinci matçının vaxtı

"Qarabağ"ın ikinci matçının vaxtı
Futbol
18 Yanvar 2019 - 17:50
Supersport.Az-ın məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ"ın ikinci yoxlama oyunu sabah Çexiya təmsilçisi "Bohemians"la keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 Qeyd edək ki, Qurban Qurbanovun komandası yanvarın 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq. Ağdam təmsilçisi ilk sınaq matçında Macarıstanın "Uypeşt" klubuna uduzub - 0:1.

Digər xəbərlər