Messi 400-ə çatdı

Messi 400-ə çatdı
Futbol
14 Yanvar 2019 - 12:59
"Barselona” La Liqanın 19-cu turunda "Eybar"ı 3:0 hesabıyla məğlub edib.

Supersport.Az xəbər verir ki, sözügedən qarşılaşma Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub. Belə ki, matçda hesabı 2:0 edən qolun müəllifi olan Messi, La Liqada 400-cü qolunu vurub.

La Liqada iştirak etdiyi 435 oyunda 400 qol vuran argentinalı forvard, İspaniya çempionatı tarixinin ən çox qol vuran futbolçusudur.

Digər xəbərlər