"Qarabağ"ın ilk oyunu ləğv olundu

"Qarabağ"ın ilk oyunu ləğv olundu
Futbol
12 Yanvar 2019 - 18:55


Supersport.Az-ın məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ"ın bu gün Rumıniyanın  "Botoşani"  klubu ilə qarşılaşması ləğv olunub.

Buna səbəb Antalyada bir neçə gündür davam edən güclü yağışdır. Şəhərdəki digər matçlar da baş tutmayıb.

Məlumatı "Qarabağ"ın rəsmi saytı yayıb.

Qeyd edək ki, "Qarabağ" növbəti matçını yanvarın 16-da Özbəkistanın "Uypeşt" klubuna qarşı keçirəcək. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı isə Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.


Digər xəbərlər