"Qarabağ"ın qolkiperi Vaqner Taffarellə görüşdü – Foto

"Qarabağ"ın qolkiperi Vaqner Taffarellə görüşdü – Foto
Futbol
07 Yanvar 2019 - 20:55
“Qarabağ”ın braziliyalı qapıçısı Vaqner Silva Sao-Paulo hava limanında xoş sürprizlə qarşılaşıb.

Supersport.Az-ın məlumatına görə, o, Braziliya millisinin sabiq üzvü Klaudio Taffarellə rastlaşıb. Bu barədə o, özünün şəxsi "İnstaqram" hesabında məlumat verib.

Əfsanəvi qapıçı ilə çəkdirdiyi şəkli paylaşan Vaqner bu sözləri yazıb:

"Sensasiyalı adam, eyni zamanda kumirim olan qapıçı ilə görüşmək sözlə ifadə edə bilməyəcəyim hislərdir".

Digər xəbərlər