Millimizi serb mütəxəssis çalışdıra bilər

Millimizi serb mütəxəssis çalışdıra bilər
Futbol
08 Yanvar 2019 - 01:02
Milliyə əcnəbi çalışdırıcı axtaran Elxan Məmmədov daha bir namizəd tapıb.

Supersport.Az xəbər verir ki, AFFA-nın baş katibi serb mütəxəssis Slavolyub Muslini Azərbaycan yığmasına baş məşqçi gətirmək istəyir.

Muslin Serbiya millisini DÇ-2018-in finalına aparsa da, müəmmalı şəkildə qovulub və həmin müddətdən Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha"nı çalışdırır.

Buna qədər 65 yaşlı serb mütəxəssis 19 klubda çalışıb ki, bu sırada "Bordo" (Fransa), "Lokomotiv" (Moskva), "Srvena Zvezda" (Serbiya) və "Levski" (Bolqarıstan) da var.

Digər xəbərlər